Azərbaycan polislərinin həyata keçirdiyi istintaq-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarışa verilmiş şəxslər saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Azərbaycan DİN-dən məlumat verilib.
Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən RF Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Eldəniz Zeynalov və 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Zamiq Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.