Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popovla (Rusiya) görüş keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
E.Abdullayev qeyd edib ki, E.Məmmədyarovun həmsədrlərlə növbəti görüşünə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da qatılacaq.