Azərbaycan 2013-cü ilin I yarısında 17 mln. 285,534 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, I yarımillikdə Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 14 mln. 57,962 min ton, Bakı-Supsa neft kəməri ilə 1 mln. 925,77 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 823,323 min ton, dəmir yolu ilə Gürcüstan limanlarına 478,479 min ton neft ixrac olunub.
Komitənin məlumatına görə, hesabat dövründə $9 mlrd. 939 mln. 941,23 min məbləğində 12 mln. 197,508 min ton neft ixrac edilib.
Yanvar-iyun aylarında Azərbaycandan $639 mln. 963,95 min məbləğində 856,54 min ton neft məhsulları ixrac edilib.