2013-cü ilin I yarısında Azərbaycan 3 mlrd. 358,732 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bununla yanaşı, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $461 mln. 488,25 min məbləğində 1 mlrd. 931,346 mln. kubmetr qaz ixrac edilib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.