Bakı şəhərində polis əməkdaşı özünü güllələyib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bazar ertəsi məlumat yayıb.
Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.
Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.
Faktla bağlı araşdırma aparılır.