2013-cü ilin I yarısında Azərbaycana 47,89 min ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, respublikaya gətirilən avtomobillərin əsas hissəsi sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (43,186 min ədəd).
2013-cü ilin I yarısında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 3,708 min ədəd motorlu nəqliyyat vasitəsi, 0,499 min ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib.
Bundan başqa, hesabat dövründə ölkəyə 10 və daha artıq sərnişinin daşınması üçün nəzərdə tutulmuş 0,497 min ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.