2013-cü ilin I yarısında Azərbaycanda yanğınlar nəticəsində həlak olanların sayı 35 nəfər təşkil edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında yerləşdirilmiş rəsmi statistikada qeyd olunur.
Bu göstərici 2012-ci ilin hesabat dövrünə nisbətən 1 nəfər və ya 3% çoxdur.
İlin I yarısında yanğından zərərçəkənlərin sayı 44 nəfər təşkil edib ki, bu 2012-ci ilin hesabat dövrünün göstəricisindən 5 nəfər və ya 10% azdır.
Hesabat dövründə FHN əməkdaşları tərəfindən yanğın yerlərinə çağırışlar üzrə operativ olaraq 3723 çıxış edilib.
Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar üzrə 886 çıxış, açıq sahələrdə yanğınlar üzrə 1917 çıxış, nəqliyyat vasitələrində yanğınlar üzrə 180 çıxış, digər yanğınlar üzrə 740 çıxış qeydə alınıb.
Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar zamanı 24 nəfər, nəqliyyat vasitələrində yanğınlar nəticəsində 6 nəfər, digər yerlərdə baş vermiş yanğınlar nəticəsində 5 nəfər həlak olub.