2013-cü ilin I yarısında Azərbaycanda baş verən təbii və texnogen mənşəli hadisələr, həmçinin partlayışlar nəticəsində qurbanların sayı 50 nəfər təşkil edib. Bu barədə çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilmiş statistik məlumatda bildirilir.
Bu, 2012-ci ilin hesabat dövrü ərzində qeydə alınmış göstəricidən 4 nəfər çoxdur.
2013-cü ilin ilk 6 ayı ərzində respublikada baş verən təbii və texnogen mənşəli hadisələr, o cümlədən partlayışlar nəticəsində 79 nəfər xəsarət alıb, bu isə ötən ilin I yarısının göstəricisindən 6 nəfər çoxdur.
2013-cü ilin I yarısında Azərbaycanda 3824 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 238 hadisə və ya 6% azdır.
Baş vermiş hadisələr nəticəsində 46 nəfər həlak olub, 65 nəfər xəsarət alıb, 4 nəfər xilas edilib, 63 nəfər təxliyə olunub.
Altı ay ərzində respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 45% çoxdur.
Dörd nəfər partlayışların qurbanı olub, daha 14 nəfər xəsarət alıb.