Azərbaycan XİN Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun Bakıya səfər proqramını açıqlayıb.
XİN-in mətbuat xidmətinin məlumatına görə, Ə.Davutoğlunun çərşənbə axşamı başlayan ikigünlük səfəri rəsmi xarakter daşıyacaq.
Səfər çərçivəsində Ə.Davutoğlunun prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.