Serb komedioqraf və dramaturq Branislav Nuşiçin “Ramazan axşamları” miniatür kitabı rus dilinə tərcümə olunaraq Azərbaycan ictimaiyyətinə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
“Əminliklə deyə bilərəm ki, elmi və mədəni əməkdaşlıq və mübadilə xalqlar arasında qarşılıqlı anlaşmaya dəstək olur, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə imkan yaradır”, - deyə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.
“Rus dilinə tərcümə olunmuş “Ramazan axşamları” hekayələr toplusu Azərbaycan ictimaiyyətinə Serbiyanın ədəbi əsərlərindən biri ilə yaxından tanış olmaq imkanı yaradacaq”, - deyə diplomat əlavə edib.
Kitab Serbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə dərc edilib.