Çərşənbə günü naməlum silahlılar Əfqanıstan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ranqin Dadfar Spantanın qardaşını güllələyiblər. Bu barədə Pakistanın “Don” qəzeti məlumat verib.
Qətl hadisəsi ölkənin qərbində, Herat vilayətinin Karux yaşayış məntəqəsində baş verib.
“Bu gün Ranqin Spantanın qardaşı Vəli Can güllələnib. O, hamamdan çıxarkən motosikletdə olan iki nəfərin hücumuna məruz qalıb”, - deyə qəzet yerli polis nümayəndəsi Abdulla Rauf Əhmədiyə istinadən bildirir.
Hələ ki, heç bir qruplaşma qətlə görə məsuliyyəti öz üzərinə götürməyib.