Mədəniyyət və Turizm Nazirliyi bir neçə turizm obyekti sahiblərinə lisenziyalar verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Belə ki, iyun ayında Goranboy, Şamaxı, Zaqatala və Qubada yerləşən mehmanxana və mehmanxana tipli obyektlərin sahibləri olan hüquqi və fiziki şəxslərə dörd lisenziya verilib.
Bundan başqa, nazirlik turizm fəaliyyəti ilə məşğul olan bir şirkətə də lisenziya verib.