Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına (İKT) tələbatının öyrənilməsi və İKT-nin kütləviləşdirilməsi məqsədilə sorğu keçirir. Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda deyilir.
“Dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən hansı xidmətləri siz elektron xidmətlər şəklində görmək istərdiniz” kimi yalnız bir sual üzərində qurulan sorğu “www.iktili.az” saytında yerləşdirilib.
Sorğu Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində keçirilir.