Bakının Nizami rayonunda “Bank BTB”nin “Neftçilər” filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
“Bank strateji plana əsasən xidmət şəbəkəsini artırmaqda davam edəcək”, - deyə məlumatda bildirilir.
Bu, bankın 10-cu filialıdır. Filialda müştərilərə geniş çeşiddə bank məhsulu və xidmətləri təklif olunur. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri daxildir.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.