Milli azlıqların hüquqlarının müdafiəsi Azərbaycanda siyasi sabitliyin qarantıdır. Rusiya və Avrasiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Fondunun (STMEQİ) prezidenti German Zaxaryayev belə bəyan edib.
“Müasir Azərbaycan üçün etnik azlıqların hüquqlarının qorunması dövlətdə sosial və siyasi sabitliyin qorunmasının qarantıdır. Azərbaycan dövlət siyasətini bütün etnik qruplar, o cümlədən milli azlıqlar üçün şəraitin yaradılmasına və təmin edilməsinə yönəltmiş çoxmillətli və çoxfunksiyalı respublikadır”, - deyə G.Zaxaryayev çərşənbə günü Qubada keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar müxtəlif aktlar, konvensiyalar və digər hüquqi sənədlər qəbul edir, onlara əsasən müxtəlif sahələrdə hüquq müdafiəsinin normativlərini müəyyən edirlər.
“Azərbaycanın milli və dini azlıqların hüquqlarının qorunması sahəsində öz normativləri var”, - deyə fondun prezidenti vurğulayıb.
G.Zaxaryayev əlavə edib ki, Azərbaycanda milli azlıqların hüquqlarının reallaşdırılması dövlətin ərazi bütövlüyünə hörmət, bərabərliyin və qeyri-diskriminasiyanın təmin edilməsi, dövlətin bütün milli azlıqların öz doğma dilini, mədəniyyətini və milli ənənələrini saxlamasını dəstəkləməsi prinsipləri əsasında həyata keçirilməlidir.
“Mən hesab edirəm ki, dünya daxili və xarici siyasətdə böyük uğurlar qazanmış müstəqil Azərbaycanın təcrübəsini öyrənməyi qarşıya məqsəd qoymalıdır”, - deyə o əlavə edib.
G.Zaxaryayevin sözlərinə görə, ölkənin bugünkü uğurlarının əsasında republikanın coxsaylı xalqlarını birləşdirmiş Heydər Əliyevin fəaliyyəti dayanır.