İsrailin Azərbaycandakı konsulu Ronen Kraus Azərbaycanın milli azlıqlara münasibətdə götürdüyü siyasi kursu yüksək qiymətləndirib.
“Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün layiqli nümunədir”, - deyə R.Kraus çərşənbə günü Quba şəhərində keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.
“Yəhudilər artıq 2 min ildir Azərbaycan cəmiyyətinin bir hissəsidir və burada azad yaşayırlar. Azərbaycan dünyada antisemitizmin heç bir zaman mövcud olmadığı yeganə ölkədir”, - deyə R.Kraus vurğulayıb.
O, respublikada yaşayan yəhudilərə göstərilən xoş münasibətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.