Çərşənbə günü prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.