“Kapital Bank” cümə axşamı 30 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Xəbər verildiyi kimi, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamı kapitalı 60% - 80 mln. manata qədər artacaq.
“Kapital Bank”ın əlavə emissiyadan olan səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Bank 2013-cü il iyulun 18-dən səhmlərin yerləşdirilməsinə başlayacaq”, - deyə BFB nümayəndəsi bildirib.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 10 manat olan 3 mln. ədəd səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda “Celsi Kapital” MMC çıxış edir.
Hazırda bankın nizamnamə kapitalı 50 mln. manata bərabərdir.
"Kapital Bank" 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,76%) və fiziki şəxslərdir.