Yaxın vaxtlarda Azərbaycanda Neft İnstitutu yaradılacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə cümə axşamı keçirdiyi mətbuat konfransında bəyan edib.
“Yeni Neft İnstitutunun yaradılması neft hasilatı ilə məşğul olan Azərbaycan dövləti üçün mühüm vəzifədir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə müvafiq addımlar atılır və bu məsələ dövlət səviyyəsində öz təsdiqini tapıb.
“İnstitutun nə zaman açılacağını demək çətindir. Söhbət bir, üç, altı ay barədə də gedə bilər”, - deyə A.Əlizadə jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.