Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misirin beynəlxalq işlər üzrə vitse-prezidenti Məhəmməd əl-Baradeyi ilə telefon danışığından imtina edib.
Baş nazirin əl-Baradeyiyə ünvanladığı məktubda bildirilir ki, o, hakimiyyətə seçkilər yolu ilə gəlməmiş rəsmi şəxslərlə danışmaq niyyətində deyil.
“Siz (M.əl-Baradeyi) prezident seçkilərində 1,5% səs toplamısınız, Mursi isə 52%”, - deyə R.T.Ərdoğan cümə axşamı Ankarada bəyan edib.
O söyləyib ki, Türkiyə “yalnız xalq tərəfindən seçildiyinə görə hakimiyyətdən uzaqlaşdırılmış prezidenti dəstəkləyir”.
“Seçki qutuları azlığın öz iradəsini çoxluğa zorla qəbul etdirməsinin qarşısını almaq üçündür”, - deyə “Hürriyyət” qəzeti baş nazirə istinadən yazır.
“Onlar deyirlər ki, Hitler də hakimiyyətə seçkilər nəticəsində gəlib. Nə edək, Hitler hakimiyyətə seçkilər yolu ilə gəlib deyə, seçkilərdən imtina edək?”, - deyə o, hakim AKP partiyasının fəalları ilə görüşdə bildirib.
“Səsvermə sistemini “Hitler kimi adamlar seçiləcə bilər” deyə sual altında qoymaq sadəcə demokratiyaya zərər vermək deməkdir”, - deyə hökumət başçısı vurğulayıb.