“Elm və təhsil” nəşriyyatında “Türk əlyazmaları kataloqu”nun birinci cildi nəşr olunub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Birinci cildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən türkdilli folklor abidələrinin, şifahi xalq ədəbiyyatının təsiri altında yazılmış, müəllifi məlum olmayan əlyazmaların elmi-poleoqrafik təsviri daxil edilib.
Layihə üzərində filologiya elmləri doktoru, əməkdar elm xadimi Şamil Cəmşidov, filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu çalışıblar.