“Azərsu” ASC cümə günü Bakının Səbail rayonunda içməli suyun verilməsinə məhdudiyyətlər qoyub. Bu barədə ASC-nin məlumatında deyilir.
“İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Lökbatan dairəsindən Bakı şəhəri Səbail rayonu 20-ci sahə yaşayış massivi istiqamətində uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xəttinin 640 metrlik hissəsi yenilənib. Magistral xətdə şəbəkəyə qoşulma işlərinin aparılması ilə əlaqədar Səbail rayonunun Bibiheybət və Bayıl qəsəbələrinin bir hissəsinə, eyni zamanda Salyan şossesi boyunca Lökbatan dairəsinədək olan ərazilərə içməli su gün ərzində fasilələrlə veriləcək”, - deyə məlumatda qeyd edilir.