8-14 iyul 2013-cü il tarixlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 11,5 mindən artıq çağırış daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daxil olan 11,585 min çağırış nəticəsində 1,73 min nəfər hospitallaşdırılıb.
Çağırışlar əsasən günvurma, suda boğulma, həşərat sancmaları, ilan sancmaları, yol- nəqliyyat hadisələri, travmalar, yoluxucu xəstəliklər və s. məsələlərlə əlaqədar olub.