Bakı Banklararası Valyuta Birjası (BBVB) 1 iyun 2013-cü il tarixinə məcmu ticarət dövriyyəsi təxminən $15 mlrd. təşkil edib. Bu barədə BBVB-dən məlumat verilib.
BBVB yarandığı tarixin 20-ci ildönümünü qeyd edir. 1 iyun 2013-cü il tarixinə BBVB-nin məcmu ticarət dövriyyəsi təxminən $15 mlrd. təşkil edib. 20 il ərzində birjada 6 900-dən artıq ticarət sessiyası keçirilib”, - deyə məlumatda qeyd edilir.
Bakı Banklararası Valyuta Birjası (BBVB) 1993-cü il iyunun 21-də qapalı tipli səhmdar cəmiyyəti (QTSC) kimi təsis edilib. Onun səhmləri 5 dövlət bankı olan səhmdarlar arasında bərabər bölünüb – Azərbaycan Milli Bankı, Beynəlxalq Bank, Sənaye və İnvestisiya Bankı, Aqrar və Sənaye Bankı və Əmanət Bankı. Son üç bank birləşəndən sonra birjanın səhmdarları sırasına Milli Bank, Beynəlxalq Bank və Kapital Bank, həmçinin “Aqrarkredit” bank olmayan kredit təşkilatı (BOKT) daxildir.