İstirahət günlərində Azərbaycanda çoxlu sayda suda boğulma halları qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən həftənin son üç günündə Xəzər dənizinin çimərliklərində beş nəfər boğulub.
Bazar günü Rusiya vətəndaşı İnna Lukaçenko və Bakı sakini İslam Bəşirov Şüvəlan qəsəbəsindəki çimərlikdə batıb. Rusiya vətəndaşının meyiti sudan çıxarılsa da, İ.Bəşirovun axtarışları davam edir.
Ötən həftənin cümə günü Fatmayı qəsəbəsindəki çimərlikdə Bakı sakini Fərid Əfəndiyev batıb. Onun meyiti bazar ertəsi Pirşağı qəsəbəsi ərazisində dəniz sahilində tapılıb.
Bundan başqa, son üç gün ərzində Talıb Əlləmov və Nurlan Məmmədov dənizdə batıblar.
Həmin günlərdə Namiq Həsənov, Mehi Məmmədova, İmran Cəfərzadə və Ömər Musayev respublikanın müxtəlif su hövzələrində çimərkən boğulublar.