Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-də Bakı Fond Birjasında (BFB) 5 mln. manatlıq qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Kağızların buraxılış həcmi 30 mln. manat təşkil edir. Nominal dəyəri 100 manat olan 300 min notun tədavül müddəti 28 gün, ödənmə tarixi 21 avqust 2013-cü ildir.
Xəbər verildiyi kimi, Mərkəzi Bank qısamüddətli notların buraxılışına 2004-cü ilin sentyabrında başlayıb. Notların buraxılması Milli Bank və BFB arasında 2004-cü il iyulun 5-də imzalanmış sazişə əsasən həyata keçirilir.
2013-cü ildə AMB 2,5 mlrd. manat həcmində not buraxmağı planlaşdırır.