Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 11 dini icmaya qeydiyyat haqqında şəhadətnamə verib. Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Qeydiyyatdan keçən icma nümayəndələri şəhadətnamələrin təqdim edilməsi mərasimində çıxış edərək Dövlət Komitəsinin onlarla sıx əməkdaşlığını yüksək qiymətləndiriblər.
Bundan başqa, komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsindən məmnunluq ifadə olunub.