SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2009-2013-cü illər ərzində 21207,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bunun 20108,7 kilometri regionların, 916,2 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb.
Həmin dövrdə ümumilikdə 6892,5 kilometr uzunluğunda qaz kəmərində təmir işləri aparılıb. Təmir işlərinin 3899,6 kilometri Bakı şəhərində, 2851,3 kilometri regionlarda, qalan 141,6 kilometri isə magistral qaz kəmərlərində görülüb.

“Azəriqaz” İB-in məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında ölkə üzrə 5049,9 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 938,6 kilometr uzunluğunda kəmərlərdə isə əsaslı təmir işləri aparılıb.