“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu – İF-Az) yeraltı qaz anbarı (YQA) kimi istifadə olunan “Qalmaz” yatağında yeni quyu istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
599 nömrəli quyu qazmadan sonra istismara verilib.
Quyu 2057-2022 metr intervaldan sutkalıq 160 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.
“Qalmaz” YQA Bakıdan 75 kilometr cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. Ümumilikdə SOCAR-ın balansında iki yeraltı qaz anbarı var - “Qalmaz” və “Qaradağ”.