“Azərsu” SC 2013-cü ilin I yarısında abunəçilərə 73 min “smart-kart” tipli sayğac quraşdırıb. Bu barədə SC-nin məlumatında bildirilir.
“Ümumilikdə “Azərsu” abunəçiləri üçün indiyədək 100 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılıb. Həm Bakı və Abşeron, həm də Quba, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Şamaxı, Oğuz, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abunəçilər bu sayğaclarla təmin olunublar”, - deyə məlumatda qeyd olunur.
1 iyul 2013-cü il tarixinə “Azərsu” SC-nin 529,18 min abunəçisi və ya 49,3%-i sayğacla təmin olunub.
Xəbər verildiyi kimi, 2012-ci ilin may ayında “Azərsu” SC digər kateqoriyadan olan abunəçilər, oktyabr ayından isə əhali qrupu abunəçiləri üçün “smart-kart” tipli sayğacların quraşdırılmasına başlayıb. 2012-ci ildə “Azərsu” Bakıda və Abşeronda 19,7 min “smart-kart” tipli sayğac quraşdırıb.
Əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması dövlət hesabına, digər kateqoriyalı abunəçilər üçün öz hesablarına həyata keçirilir.