Türkiyə sərhədçiləri səkkiz nəfərdən ibarət qrupun Suriya tərəfdən dövlət sərhədini qanunsuz keçmə cəhdinin qarşısını alıb. Bu barədə cümə axşamı Livan televiziyası məlumat yayıb.
İnsident zamanı sərhədçilər qanun pozucularına atəş açmağa məcbur olublar. Nəticədə bir nəfər sərhəd pozucusu həlak olub.
Telekanalın məlumatına görə, sərhədi keçmək istəyənlər mülki geyimdə olsalar da, silahlı olublar.
Türkiyə sərhədçiləri müntəzəm olaraq Suriya tərəfdən dövlət sərhədini pozanlarla və qaçaqmalçılarla atışmaya girirlər.