SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2009-cu ildən 2013-cü ilin 6 ayına qədər olan dövr ərzində 388 min əhali abonentini qazlaşdırıb. Bu barədə İB-nin rəisi Ələkbər Hacıyev cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edir.
“Cəbhə zonası yaxınlığında və sərhəd rayonlarında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılmasına xüsusi diqqət ayrılır. Hazırda Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatıb”, - deyə Ə.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Bakıda Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayonlarının qaz təchizatının yaxşılaşması üçün 201,1 km uzunluğunda qaz xətləri çəkilib.
Ə.Hacıyev onu da qeyd edib ki, təkcə 2013-cü ilin 6 ayı ərzində “Azəriqaz” İB müxtəlif obyektlərin qazlaşdırılması üzrə 2140 layihə-smeta sənədi hazırlayıb.