Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Maştağa qəsəbəsində kiçik və orta həcmli istixana, üzümçülük və zeytunçuluq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat kredit verməyi planlaşdırır.