Maliyyə Nazirliyi “Qarant Sığorta” şirkətinə sığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya verib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.
““Qarant Sığorta” şirkətinə əvvələr verilmiş lisenziyanın müddəti ötən həftə başa çatıb. Bununla əlaqədar Maliyyə Nazirliyi iyulun 23-də şirkətə sığorta fəaliyyətinə müddətsiz lisenziya verib”, - deyə məlumatda qeyd edilir.
Hazırda Azərbaycanda 28 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.
“Qarant Sığorta” ASC “Garant Holding” qrupuna daxildir. ASC 2007-ci il noyabrın 29-da fəaliyyət üçün lisenziya alıb.
2013-cü ilin I yarısında şirkətin sığorta haqları 3 mln. 602 min 238,29 manat, ödənişləri 1 mln. 143 min 190,19 manat təşkil edib.