Bank VTB (Azərbaycan) ASC-nin (bundan sonra Bank) Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 22.07.2013-cü il tarixli 03/13 saylı Protokoluna əsasən, nizamnamə kapitalının artırılması məqsədi ilə, Bank 27000000 (iyirmi yeddi milyon) manat ümumi məbləğdə, bir səhmin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olmaqla 135000000 (bir yüz otuz beş milyon) adlı, sənədsiz, adi səhmlərin əlavə emissiyasını elan edir. 25.07.2013-cü il tarixdə Səhmlər buraxılışı Dövlət qeydiyyatına alınmışdır və Dövlət qeydiyyatına alındığı andan 15 (on beş) gün sonra səhmlərin kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilməsinə başlanacaqdır. Səhmlərin yerləşdirilməsi səhmlərin yerləşdirilməsindən sonra 130 (yüz otuz) təqvim günü ərzində 2 (iki) mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə səhmlərin yerləşdirilməsinin başlanma tarixindən ilk 120 (yüz iyirmi) təqvim günü ərzində səhmlərin əldə edilməsində üstünlük hüququ Bankın səhmdarlarına onlarda olan səhmlər miqdarına mütənasib qaydada veriləcəkdir. Ikinci mərhələdə isə, sonrakı 10 (on) təqvim günü ərzində səhmlərin əldə edilməsi hüququ istənilən digər şəxslərə veriləcəkdir.
Investorlar Bankın Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, AZ1008 unvanında yerləşən baş ofisində və Azərbaycan Respublikası, Bakı şəhəri, Bül-bül prospekti 19 ünvanında yerləşən, az 1000 “Bakı Fond Birjası” QSC-də emissiya prospekti ilə tanış ola bilərlər.