Nazirlər Kabineti respublikada təbii inhisarçıların siyahısını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Ümumilikdə Azərbaycanda 141 təşkilat təbii inhisarçı kimi tanınıb.
Onların arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Azneft” İB, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndəliyi, “Azərenerji” ASC, 9 regional elektrik şəbəkəsi, “Bakıelektrikşəbəkə” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC var.
Bundan başqa, "Silkway Airlines" MMC, “Silkway Business Aviation", Bakı Metropoliteni, Bakı Beynəlxalq Dənir Limanı, “Aztelekom” İB, “Azərpoçt” MMC, “AzEvroTel” MMC, "Ultel" MMC, "Caspian American Telecommunications LLC" MMC, “Azərsu” ASC, “Meliorasiya və su təsərrüfatı” ASC, regional su təchizatı və meliorasiya idarələri də təbii inhisarçılara aid edilib.