Ötən həftə Azərbaycanın yollarında qeydə alınmış yol-nəqliyyat hadisələrində 13 nəfər həyatını itirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, həftə ərzində ölkədə qeydə alınmış 36 yol-nəqliyyat hadisəsində 65 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır yol qəzalarından biri Biləsuvar rayonunda baş verib. “VAZ-2107” və “VAZ-21115” markalı avtomobillərin toqquşması bir nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnib.
Bundan başqa, Qusar rayonunda "Mitsubishi” və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.