Azərbaycan Ordusunda xidmət edən Kainat Abdullayev qoşunların təmas xəttində düşmənin açdığı atəş nəticəsində həlak olub. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
1989-cu il təvəllüdlü K.Abdullayev Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən N saylı hərbi hissədə gizir idi.