Azərbaycan seçki prosesinin təkmilləşdirilməsi məsələsi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və azad və ədalətli seçkilərin təmin olunması məqsədilə beynəlxalq təcrübəni tətbiq edir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
“Biz bu istiqamətdə ATƏT, Avropa İttifaqı və Avropa Şurasının müvafiq strukturları ilə müəyyən iş aparırıq. Düşünürük ki, bu il prezident seçkiləri, əvvəllər olduğu kimi ədalətli və açıq keçiriləcək, seçkilərdə ən layiqli namizəd qələbə qazanacaq, seçicilər azad formada iradələrini bildirəcəklər, qısa zamanda açıq formada seçkilərə yekun vurulacaq və nəticələr elan ediləcək”, - deyə Ə.Həsənov vurğulayıb.