Maliyyə Nazirliyi “Qala Həyat” sığorta şirkətinə Azərbaycanda sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya verib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında məlumat verilir.
“Qala Həyat” şirkətinə əvvələr verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar iyulun 29-da Maliyyə Nazirliyi tərəfindən şirkətə sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verilib”, - deyə məlumatda qeyd edilir.
Hazırda Azərbaycanda 28 şirkətin sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası var.
“Qala Həyat”(əvvəllər “Qala Sığorta”) 2008-ci ilin iyul ayında sığorta fəaliyyəti üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 5 mln. 5 min manata bərabərdir. Səhmdarları fiziki şəxs Nizami Mahmudov və “AzReTəkrarsığorta” şirkətidir.
2013-cü ilin I yarısında şirkət 5 mln. 769,265 min manat sığorta haqqı əldə edib, 173,428 min manat məbləğində ödəniş həyata keçirib.