Avqustun 1-də ATƏT missiyası Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirməyi planlaşdırır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti çərşənbə günü məlumat verir.
Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin cənubundakı təmas xəttində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri keçirəcəklər.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.