Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin nizamlanması ilə bağlı öz planını təqdim etmək niyyətindədir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bəyan edib.
“Biz bu münaqişənin həlli üçün öz imkanlarımızdan istifadə etmək istəyirik. Bununla əlaqədar bizim problemin nizamlanmasına dair layihəmiz var”, - deyə səfir çərşənbə günü brifinqdə bildirib.
“Vaxt gələcək və biz onu təqdim edəcəyik”, - deyə o əlavə edib.
Diplomatın sözlərinə görə, İran tərəfi Dağlıq Qarabağ probleminin qısa zamanda həllinin zəruri olduğuna əmindir. “Bu münaqişə həll olunmayana qədər onun kölgəsi regionun üzərində olacaq”, - deyə M.Pak Ayin vurğulayıb.