Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Tailandda keçiriləcək “ITU Telecom World 2013” sərgisində milli stendlə təmsil olunacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.
“ITU Telecom World 2013” sərgisi 18-21 noyabr tarixlərində Tailandın Banqkok şəhərində keçiriləcək.
“Artıq 156 kv. metrlik ərazi kirayələnib, dizayn işlərinə başlanılıb. Sərgidə Azərbaycandan 50-yə yaxın şirkətin iştirakı planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
Hazırda şirkətlərdən müvafiq məlumatlar toplanılır. Sentyabr ayına qədər həmin məlumatlar və görülən hazırlıq işləri əsasında yekun məruzə hazırlanacaq.