Avqustun 3-də Bakıda “Fərq” adlı fotosərginin açılışı olacaq. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgi “Kicik QalArt” qalereyasında açılacaq. Ekspozisiyada üç gənc rəssamın - Səyyarə Neymətova, Ruslan Ağazadə və Vüsalə Abdullayevanın işləri təqdim olunacaq.
Sərgi sentyabrın 7-dək davam edəcək.