Cənubi Koreyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti avqustun 9-10-da Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Cənubi Koreya müdafiə nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bundan başqa, avqustun 16-da Zambiyanın hərbi attaşesi Bakıya gələcək.