Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) İKT sahəsində 13 milli standartın layihələrini hazırlayır. Bu barədə nazirliyin rəsmi saytında məlumat verilir.
Standartların hazırlanması ölkə prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində həyata keçirilir.
Nazirliyin məlumatına görə, beynəlxalq standartlar əsasında biometriya üzrə 3, rəqəmli TV üzrə 4, proqram məhsullarının hazırlanması üzrə 2, terminoloji üzrə 2 olmaqla, ümumilikdə 13 milli standart üzrə işlər aparılır.
“Tədbirlər Planı üzrə işin icraçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir”, - deyə məlumatda qeyd olunur.