“AtaBank” bankomat şəbəkəsini genişləndirir. Bu barədə bankdan məlumat verilib.
“AtaBank” ASC filial şəbəkəsi ilə yanaşı, bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank müştərilərin rahatlığı üçün 2 bankomat quraşdırıb. Bankomatların biri Mingəçevir şəhərində, digəri isə Bakı şəhərində yerləşən Səngəçal qəsəbəsindəki “AAC” zavodunda quraşdırılaraq müştərilərin ixtiyarına verilib”, - deyə məlumatda qeyd edilir.
Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 77 ədəd təşkil edir. Onlardan 3-cü səyyar bankomatlar olan “AtaMatik” Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.
Xəbər verildiyi kimi, 2013-cü ilin sonuna kimi “AtaBank” bankomatların sayını 80-ə çatdırmağı planlaşdırır.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir.