Erməni sərhədçi təsadüfən Ermənistan ərazisinə keçən türk çobanı güllələyib.
Ehtimallara görə, bir gün öncə 35 yaşlı Mustafa Ülkər sürüdən ayrı düşən qoyunu axtararkən Türkiyə-Ermənistan sərhədini keçib. Bu barədə cümə axşamı Türkiyənin Qars vilayətinin valisi Eyüp Təpə məlumat verib.
O təsdiq edib ki, çoban sərhədi qanunsuz keçib, bununla yanaşı, erməni hərbçisini həddindən artıq güc tətbiq etməkdə günahlandırıb.
“Vətəndaşımızın silahsız olması faktı nəzərə alınarsa, bu halda həddindən artıq güc tətbiq edilib”, – deyə “Hürriyyət” qəzetində valinin sözlərindən sitat gətirilir.
E.Təpə məlumat verib ki, erməni tərəfi ölən şəxsin cənazəsini qaytarmaq istəyir.