SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) yanvar-iyul aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 994,989 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2013-cü ilin iyul ayında SOCAR Novorossiysk limanından 169,671 min ton Azərbaycan nefti yola salıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.
2012-ci ildə SOCAR bu kəmərlə 2 mln. 64 ton neft ixrac edib.
SOCAR 2013-cü ildə Bakı-Novorossiysk kəməri ilə 1,8 mln. ton Azərbaycan nefti nəql etməyi nəzərdə tutur.