2013-cü ilin iyun ayında Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə hər kvadratmetr üçün 1,02% - 884,1 manatadək artıb. Bu barədə “Əmlak Bazarı İştirakçları” İctimai Birliyinin saytında məlumat verilir.
2012-ci ilin iyun ayı ilə müqayisədə orta qiymət 10,2%, 2013-cü ilin əvvəlinə olan göstərici ilə müqayisədə 5,3% artıb.
Cari ilin iyun ayında birlik Bakıda 129 tikinti şirkəti tərəfindən 400 yeni binanın tikilməsini qeydə alıb.
İyun ayında yeni tikililərin çox hissəsi Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində qeydə alınıb.